İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2024: İngiltərə finalda - VİDEO

3913 11.07.2024 00:59 İdman A A

İlk yayın vaxtı 23:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

"Report" xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi qələbə qazanıb - 2:1.

Matçda 7-ci dəqiqədə Xavi Simons "narıncılar"ı hesabda önə çıxarıb. İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn bərabərlik qolunu vurub. 90+1-ci dəqiqədə isə Olli Uotkins adını tabloya yazdırmaqla ingilislərin qalibiyyət qoluna imza atıb.

Qeyd edək ki, finala yüksələn Qaret Sautqeytin rəhbərlik etdiyi yığma həlledici mərhələdə İspaniya seçməsinə rəqib olub. Final qarşılaşması iyulun 14-ü, saat 23:00-da keçiriləcək. 

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə üçüncü qol vurulub.

"Report" xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da İngiltərə millisi hesabda önə keçib - 2:1.

90+1-ci dəqiqədə Olli Uotkins adını tabloya yazdırıb.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə növbəti qol vurulub.

"Report" xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da hesab bərabərləşib - 1:1.

İngiltərə millisinin heyətində 18-ci dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirib.

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Dortmunddakı “Siqnal İduna Park"da "narıncılar" hesabda önə keçib.

7-ci dəqiqədə Xavi Simons dəqiq zərbə müəllifi olub.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Dortmunddakı “Siqnal İduna Park"da keçirilir.

Görüşü almaniyalı referi Feliks Şvayer idarə edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR