İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro-2024-də Albaniya millisinin əməkdaşı zorlamada şübhəli bilinir

613 12.07.2024 12:03 Dünya A A

İdman məktəbinin işçisi Albaniya yığmasının əməkdaşını zorlamaqda ittiham edib, Dortmund prokurorluğu araşdırmaya başlayıb.

Musavat.com RBC-yə istinadla xəbər verir ki, hadisə Almaniyada Avro-2024 zamanı Albaniya millisinin məskunlaşdığı Kayserau idman məktəbində baş verib. Adı açıqlanmayan 18 yaşlı qızın sözlərinə görə, Albaniya komandasının üzvü onu mətbəxə itələyib, öpüb və zorlayıb.

Albanın adı açıqlanmasa da, şübhəli bilinən 26 yaşlı gəncin və federasiyanın yüksək rütbəli məmuru olmadığı məlum olub. Bildirilir ki, artıq Albaniya Futbol Federasiyası onu cəzalandırıb.

“Bild” xəbər verir ki, iddia edilən seks cinayəti barədə prokurora dərhal məlumat verilsə də, təqsirləndirilən şəxs ertəsi gün maneəsiz şəkildə vətəninə uça bilib.

Prokurorluğun sözçüsü bildirib ki, nümayəndə heyətinin üzvünün həbsi ilə bağlı hələlik vəsatət verilməyib. Onun sözlərinə görə, hazırda istintaqın necə davam edəcəyi bəlli deyil və hüquqi yardım üçün kompleks sorğu tələb oluna bilər.

Almaniyada cinsi təcavüzə görə ən azı iki il həbs cəzası nəzərdə tutulur.

Albaniya komandası Avropa çempionatında qrup mərhələsindən sonra mübarizədən kənarlaşdırılıb. Komanda üç görüşdə bir xal qazanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR