İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT sədri: “Azərbaycanla Ermənistan arasında irəliləyiş boşa getməməlidir”

1403 13.09.2022 21:12 Qarabağ xəbərləri A A

“Azərbaycan və Ermənistan arasında indiyədək diplomatik kanallar vasitəsilə əldə edilmiş irəliləyiş boşa getməməlidir”.

“Report” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Son bir il yarım ərzində sülh müqaviləsi üzərində işin davam etdirilməsi baxımından irəliləyiş əldə olunub. Amma bu cür hallar əldə edilmiş tərəqqiyə təhlükə yaradır və saysız-hesabsız insanların həyatını riskə atır”, - o bildirib.

Öz növbəsində, ATƏT-in Baş katibi Helqa Mariya Şmidt qeyd edib ki, ATƏT çoxillik təcrübəsinə əsaslanaraq yardım göstərməyə hazırdır: “Hamımız regionda davamlı sülhə və rifaha nail olmaq kimi ümumi məqsədi bölüşürük”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR