İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atabəylər: Şəmsəddin Eldəniz”: ilk tarixi seriala aktyorların seçimi davam edir

1621 18.12.2022 00:51 Mədəniyyət A A

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq, ilk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, filmində rol alacaq aktyorlarının seçim mərhələsi keçirilir. Dekabrın 17-də Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə Mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışırlar.

Bildirilib ki, bu filmdə çox sayda aktyorlar olmalıdı., baş rollar çoxdu. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir.

Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.

AzTV-də yayımlanacaq serial 2 mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin 12-13-cü əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR