İnsanlara hürriyət, millətlərə istiqlal!

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

310 03.05.2023 10:45 Kriminal A A

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Təbriz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən və yaşadığı evin həyətindəki yarımtikilidən 8 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR