İnsanlara hürriyət, millətlərə istiqlal!

Asif Əli Zərdari Pakistan prezidenti seçilib

545 09.03.2024 23:15 Dünya A A

Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Seçki Komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.

Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR