İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ash-Sharq al-Awsat”: “Türkiyə ilə İran arasında gizli ziddiyyətlər üzə çıxıb”

2192 29.11.2023 16:11 Dünya A A

 

"İran prezidenti İbrahim Rəisinin gözlənilən Ankara səfəri Qəzza zolağında baş verənlərlə bağlı son anda təxirə salınıb".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Ash-Sharq al-Awsat” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Rəisi Türkiyə rəhbərliyinə təzyiq göstərməyə çalışıb, çünki o, İsraillə diplomatik münasibətləri kəsməyib və səfirini geri çağırmaqla kifayətlənib. Qəzetin digər iddiasına görə, hər iki dövlət arasında “HƏMAS” təşkilatına təsir göstərmək uğrunda ciddi rəqabət gedir. 

Verilən informasiyaya əsasən, Rəisinin gəlməməsinin səbəblərindən biri də Qəzzada saxlanılan Tailand vətəndaşlarının azadlığa buraxılması olub. İran tərəfi bu prosesdə əsas rol oynadığını iddia edir.  Lakin HƏMAS noyabrın 26-da girov götürülmüş Tailand vətəndaşlarının Ərdoğanın sayəsində azad edildiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR