İnsanlara hürriyət, millətlərə istiqlal!

Artıq ödənilən pensiyalarla bağlı AMNİSTİYA

2640 26.12.2022 12:15 Sosial A A

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Musavat.com xəbər verir ki, komitənin üzvü, iqtisadçı-alim Vüqar Bayramovun dediyinə görə, dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur: "Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən, həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir".

Eyni zamanda, dəyişikliyə əsasən, geri ödəniləcək məbləğ hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz: "Bu məhdudlaşdırma da pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır. Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək".

Qeyd edək ki, yeni dəyişikliklərin gələn aydan qüvvəyə minəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR