İnsanlara hürriyət, millətlərə istiqlal!

Artak Beqlaryandan “DƏHŞƏTLİ TƏHDİD”: Etiraz aksiyasının daha sərt formaları...

3037 15.12.2022 15:22 Qarabağ xəbərləri A A

Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə özünü “dövlət” elan edən separatçı, qondrama qurumun “dövlət naziri”nin müşaviri Artak Beqlaryan BMT-nin İrəvan ofisi qarşısında aksiya keçirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Beqlaryan artıq neçə gündür Xankəndiyə qayıda bilmədiyindən şikayətlənir.

“Aksiya yol tamamilə açılana qədər davam edəcək və mən etiraz aksiyasının daha ağır formalarına müraciət edə biləcəyimi istisna etmirəm”, - Artak Beqlaryan jurnalistlərlə söhbətində bildirib.

O bunun vəziyyətdən asılı olduğunu izah edib.

“Biz BMT ofisinə avtomobillərin girişini və çıxışını bağladıq. Bu, simvolikdir: Qarabağa giriş bağlı olduğu halda, BMT ofisinə giriş də bağlanmalıdır”, - deyə, Beqlaryan bildirib.

Beqlaryanın dediyi “aksiyanın daha ağır forması”nın nə olduğu hələ bilinmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR