İnsanlara hürriyət, millətlərə istiqlal!

Arıqlamaq üçün hər gün nə qədər yaşıl çay içmək lazımdır?

1456 27.10.2023 21:13 Yaşam A A

Yaşıl çay artıq çəki ilə mübarizədə kömək edir, lakin bir neçə qaydaya riayət etmək lazımdır.

Bu sözləri diyetoloq İrina Pisareva "vm.ru" nəşrinə müsahibəsində bildirib. Mütəxəssisin fikrincə, arıqlamaq istəyirsinizsə, fəstfudlardan uzaq durmalısınız.

"Əgər biz fəstfud, tortlar, şokolad və digər şirniyyatları yaşıl çayla birlikdə yeyib-içiriksə, bu zaman çəkiniz azalmayacaq, əksinə, artacaq. Ona görə də arıqlamağa nail olmaq və müsbət nəticələr əldə etmək üçün bütün bunları pəhrizdən çıxarmaq vacibdir", - Pisareva bildirib.

Mütəxəssis vurğulayıb ki, gündə 3-4 fincan yaşıl çay kifayətdir. Lakin içki hər kəsə eyni təsir göstərmir, ona görə də rasiona daxil edərkən ehtiyatlı davranmaq lazımdır. Pisareva əlavə edib ki, yeməkdən yarım saat əvvəl çay içmək daha yaxşıdır. Eyni zamanda idman məşqlərini unutmaq olmaz, çünki onlarsız nəticə gözləməyin mənası yoxdur.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR