İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentinanın böhrandan çıxış yolu – devalvasiya, ixtisar, qənaət

412 13.12.2023 12:44 Dünya A A

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin hökuməti ölkənin uzun sürən böhrandan çıxmasına kömək edəcək ilk iqtisadi tədbirləri elan edib.

Musavat.com The Wall Street Journal qəzetinə istnadən xəbər verir ki, iqtisadiyyat naziri Luis Kaputo ölkənin milli valyutası pesonun məzənnəsi təxminən yarıya endirilərək, 1 dollar – 800 peso olacaq. Hazırda ölkədə 1 dollar təxminən 1070 pesoya alınıb-satılır.

Bundan əlavə, hakimiyyət hökumətin idarə olunması xərclərini azaltmaq üçün nazirliklərin sayını və ştatlarını azaltmaq niyyətindədir. 18 nazirlik əvəzinə 9 nazirlik fəaliyyət göstərəcək. Miley hökuməti enerji və nəqliyyat subsidiyalarını azaldacaq, həmçinin hələ işə başlamamış büdcədən maliyyələşən bütün infrastruktur layihələrinin icrasını donduracaq.

Cənab Kaputonun sözlərinə görə, hökumətin gördüyü tədbirlər qısa müddətdə Argentina əhalisinə ziyan vuracaq, lakin ölkənin böhrandan başqa çıxış yolu yoxdur.

Nazir deyib: “Məqsəd sadədir: fəlakətdən qaçmaq və iqtisadiyyatı yoluna qaytarmaq. Biz problemlərin kökünü həll etmək üçün buradayıq. Bunun üçün isə büdcə kəsirindən asılılıqdan qurtulmalıyıq”.

Cənab Kaputo qeyd edib ki, son 123 ildə Argentina ili 113 dəfə büdcə kəsiri ilə başa vurub. “Daha pul yoxdur. Qazandığımızdan çox xərcləməyə davam edə bilmərik”, - deyə nazir yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR