İnsanlara hürriyət, millətlərə istiqlal!

Ararat Mirzoyan Qarabağdan DANIŞDI - Siz çox gec ayılırsız...

4397 04.06.2024 15:02 Son xəbər A A

“Hakimiyyət Qarabağ ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün nə edir?”

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli parlamentdə “Ermənistan bloku” fraksiyasının katibi Artsvik Minasyan xarici işlər naziri Ararat Mirzoyana belə bir sual ünvanlayıb.

“Demək olar ki, bütün aparıcı ölkələr geri qayıtmaq hüququnu qoruyur. Qarabağ ermənilərinin qayıtmaq və muxtariyyətlə yaşamaq hüququ olmalıdır”, - deyə revanşist deputat əlavə edib.

Mirzoyan isə belə cavab verib: “Qarabağda ermənilər olanda və biz “müstəqillik statusundan” vaz keçməyi təklif edəndə bizi satqın adlandırırdılar. Siz çox gec ayılırsız, bizi eyni şeydə suçlayırsız. Muxtariyyətdan danışmaq indi ağlınıza gəldi?”

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR