İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin “sərt tədbirlər”i nəyə hesablanıb?

1274 19.07.2023 15:50 Son xəbər A A

Xəbər verildiyi kimi, qondarma “DQR”in “prezidenti” Araik Arutyunyan bazar ertəsi axşam videomüraciətində Xankəndidə Dirçəliş meydanında etiraz aksiyasına başladığını açıqlayıb.

Musavat.com erməni mediasına istinadən xəər verir ki, “Hraparak” qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

"Bu, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, bütün dostlarımızı aktiv və təcili hərəkətə keçməyə sövq etmək üçün əlavə səydir", - deyə Araik bildirib.

Arutyunyanın iddiasına görə, vəziyyət az-çox normal məcraya qayıtmasa, “daha sərt addımlara” əl atacaqlar.

“Hraparak”ın yazdığına görə, qondarma qurumun “parlamentinin sədri” Artur Tovmasyan təcili iclas çağırıb. Gecə yarısından sonra onlar mərkəzi meydanda əyləşən Araik Arutyunyanı ziyarət ediblər. Separatçılar Arutyunyandan bununla nəyə nail ola biləcəyini xəbər alıblar. Arutyunyan isə cavabında başqa yolun qalmadığını, bacardığı qədər hər kəsə məktublar yazdığını söyləyib.

“Cavab yoxdur, vəziyyət ağırdır. Ona görə də diqqəti bu yolla cəlb etmək qərarına gəldim”, - deyə o söyləyib.

Qondarma “deputatlar” rəhbərlərindən “sərt tədbirlər” dedikdə nəyi nəzərdə tutduğunu da soruşublar. Lakin Arutyunyan təfərrüatları açıqlamayıb, sadəcə olaraq, başqa hərəkətlər planlaşdırdığını qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR