İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbasdan nazirə: “Bəs nə əlçatan olmalıdır?”

1888 16.06.2023 14:11 Sosial A A

Milli Məclisdə çıxış edən deputat Aqil Abbas bildirib ki, qanun layihəsinin əleyhinə səs vermək niyyətindəymiş:

“Amma burada komitə sədri Tahir Mirkişili qanun layihəsini elə gözəl, yüksək səviyyədə təqdim etdi ki, layihənin çox mütərəqqi əhəmiyyətə malik olduğunu gördüm”.

Musavat.com-un xəbərinə görə, deputat qeyd edib ki, qanun layihəsinin əleyhinə səs vermək niyyəti onda rəqəmsal inkişaf və nəqliyyat nazirinin mediadakı çıxışından sonra yaranıb: “Nazir deyir ki, taksi əlçatan olmamalıdır. Bəs nə əlçatan olmalıdır: təyyarə, vertolyot? Təyyarə də bahadır”.

Aqil Abbas taksilərin xarici şirkətlərə bağlı olmasının da arzuolunmaz olduğunu bildirib və bir misal çəkib: “Bir dəfə rəhmətlik Qədir Rüstəmovdan “uşaqlara arvad qohumlarının adını qoymusan” - deyə soruşublar. Sənətkar isə “özümünkülər qırılıb ki, arvad qohumlarının adını qoyum?” - cavabını verib. “İndi özümüzünkülər qırılıb ki, xarici şirkətlər burda çalışır? Tahir müəllim, siz də sağ olun ki, məni fikrimdən döndərdiniz”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR