İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqata Kristinin əsərləri Rusiyada nəşr edilməyəcək- SƏBƏB

849 20.04.2023 17:10 Mədəniyyət A A

Məşhur ingiltərəli yazıçı, detektiv janrının kraliçası adlandırılan Aqata Kristinin əsərləri Rusiyada nəşr edilməyəcək.

Musavat.com bildirir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat verib. Kitab sərgisi ilə bağlı hazırda Londonda səfərdə olan nəşriyyat direktoru məsələyə bu cür aydınlıq gətirib:

"Aqata Kristi fondu ilə görüşdə bildirildi ki, Aqata Kristinin əsərlərinin Rusiyada satışı dayandırılıb. Artıq dünyada ən çox satılan detektiv ustasının əsərləri rus dilinə  çevrilməyəcək. Bu qərar Rusiyanın Ukraynaya qarşı aqresiyasına  etiraz olaraq qəbul edilib. İstəmirlər ki, kitab satışından Rusiya  gəlir götürsün".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR