İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada tarixi gün - "KAAN" ilk uçuşunu həyata keçirdi

1082 21.02.2024 14:52 Region A A

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal edilən milli döyüş təyyarəsi "KAAN" ilk uçuşunu həyata keçirib.

Musavat.com xəbər verir ki, Ankara səmasında reallaşan uçuş uğurla başa çatıb.

Qeyd edək ki, təyyarənin qanadlarının uzunluğu 14, hündürlüyü 6, uzunluğu isə 21 metrdir. Qoşa mühərrikləri, yüksək manevr qabiliyyəti, radara az görünməsi, gəmidə silah daşıma və elektron döyüş qabiliyyəti "KAAN"ın diqqət çəkən xüsusiyyətlərindəndir. Təyyarə ASELSAN tərəfindən hazırlanmış elektron döyüş sistemi və elektro-optik 360 dərəcə müşahidə sistemi ilə təchiz edilib. Eyni zamanda təyyarə səkkiz orta və uzun mənzilli raket daşıya bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR