İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrey Makareviçin Orta Asiyadakı konsertləri pozula bilər

407 29.10.2023 11:17 Dünya A A

Rusiyalı musiqiçi Andrey Makareviçin Qazaxıstan, Qırğızıstan və Özbəkistana qastrol səfəri təhlükə altındadır.

Musavat.com xarici mediaya istinadla bildirir kiŞ sənətçi Ukraynanı dəstəklədiyi üçün "xarici agent" elan olunduğu Rusiyadan ayrıldıqdan sonra yaşadığı ölkəyə sosial şəbəkələrdə dəstəyini açıq şəkildə bildirir. İndi Makareviçin və onun "Zaman maşını" qrupunun noyabrın sonu - dekabrın əvvəlinə planlaşdırılan qastrol səfəri baş tutmaya bilər. Bildirilir ki, onun Daşkənd, Bişkek, Almatı və Astanada konsertləri sadəcə olaraq ləğv ediləcək.

Makareviç özü bu ölkələrdə əvvəlki çıxışlarını xatırladığı qısa video çəkib və konsertlərin təşkilatçılarının naməlum şəxslər tərəfindən hədələndiyini bildirib.

“Mən "Maşina" ilə Qazaxıstan, Özbəkistan və Qırğızıstanda dəfələrlə çıxış etmişəm. Məncə, həmişə çox yaxşı olub. Daşkənddə Saşa Kutikovla “Dənizdə olanlar üçün” mahnısını yazdıq. Sizi bir daha görməyə yığışdıq, amma sonra bəzi qəribə adamlar konsert təşkilatçılarını təhdidlərlə bombaladılar. Görünür, ona görə ki, mən İsraili müharibəsində dəstəkləmişəm. Yaşadığım ölkəni dəstəkləmişəm”, - deyə musiqiçi bildirib.

Eyni zamanda o xatırladıb ki, HƏMAS-ın ərəb dünyası və İslamla heç bir ortaqlığı yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl “Kelinka Sabinka” filminin rejissoru və aktyoru Nurtas Adambay rusiyalı musiqiçi Andrey Makareviçin dekabrın 1-də Almatıda keçirilməsi planlaşdırılan konsertinin əleyhinə çıxış etmişdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR