İnsanlara hürriyət, millətlərə istiqlal!

Andranik Tevanyan: “Paşinyan artıq Qarabağı Azərbaycan olaraq tanıyıb”

612 14.06.2023 15:46 Siyasət A A

 

“AB rəsmisi Cozep Borrell Əliyev-Makron-Mişel-Paşinyan görüşündən sonra ən azı 2022-ci il oktyabrın 6-dan bəri məlum olanları deyib. Paşinyan elə həmin gün, Ərdoğanla görüş qabağı Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanıyıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputat Andranik Tevanyan yazır.

“Lakin Azərbaycanın istəyi bununla da bitmir, artıq Ermənistanı istəyir. Azərbaycan prezidentinin sözlərinə görə, “Ermənistan Qərbi Azərbaycandır. Ən acınacaqlısı odur ki, hətta bəzi anti-hökumət dairələri də oktyabrın 6-da baş verənləri başa düşmədilər”,-deyə Tevanyan bildirib.

Erməni deputatın fikrincə, Putin Rusiyanın maraqlarından çıxış edərək Valdayda, sonra isə Soçidə vəziyyəti xilas etməyə çalışsa da, heç bir nəticəsi olmayıb.

“Əgər Ermənistanın hökumət başçısı Qarabağı Azərbaycanın tərkibində tanıyırsa, dünyanın heç bir ölkəsi bunun əksini sübut edə bilməz”,-deyə revanşist siyasətçi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR