İnsanlara hürriyət, millətlərə istiqlal!

Ançelotti final oyunundan danışdı

1186 18.12.2022 02:44 İdman A A

"Real"ın baş məşqçisi Karlo Ançelotti DÇ-2022-nin final mərhələsində Argentina və Fransa milliləri arasında keçiriləcək matç barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında yazıb. Mütəxəssis komandaların şanslarının bərabər olduğunu deyib: “Artıq finalçılarımız məlumdur: Fransa və Argentina. Hər iki komanda oxşar ssenari ilə yarımfinalda qalib gəlib. Müdafiədə hər iki komanda oxşar şəkildə hərəkət edir. Bu millilərdə Mbappe, Qrizmann, Dembele, Messi və Alvares kimi istedadlı futbolçular var. Komandaların potensialını nəzərə alsaq, finalda şanslar bərabərdir. Oyunda rəqabət olacaq. Biz mütləq əylənəcəyik”.

Qeyd edək ki, final matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR