İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anadolu Qartalı - 2023” başa çatıb - FOTOLAR

297 12.05.2023 21:37 Son xəbər A A

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqlara təlimin gedişi, yerinə yetirilən tapşırıqlar və əldə olunan nəticə barədə yekun brifinq təqdim edilib.

Bildirilib ki, təlimdə əsas diqqət pilotların, o cümlədən mühəndis-texniki heyətin peşəkarlıq səviyyəsinin artırılmasına, aviasiya texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimdə qarşıya qoyulan məqsədlərə tam nail olunub.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmiz Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və Su-25 hücum təyyarələri ilə təmsil olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR