İnsanlara hürriyət, millətlərə istiqlal!

AMEA - ömrünü başa vurmuş bu təsisatı... - Əməkdar jurnalistin yazısı

1595 26.07.2022 22:24 Yazarlar A A

Bizim ən böyük problemimiz nəinki ölkəmizdə, hətta dünyada baş verən proseslərə öz fərdi, korporativ maraqlarımız və təəssüf ki, bəzən bundan daha məhdud çərçivədən yanaşmağımız, cəmiyyətin intellektual kəsiyini hərəkətə gətirə biləcək ideyaları, fikirləri mahiyyətinə varmadan qamçılamağımızdır.

AMEA haqqında səsləndirilən obyektiv tənqidi fikirlərin, ömrünü başa vurmuş bu təsisatın bazasında gerçəkdən elmin inkişafına xidmət edə biləcək mexanizmlərin yaradılması ilə bağlı irəli sürülən təşəbbüslərin qamçılanması da bu qəbildəndir.

...Dünyanın bütün aparıcı ölkələrində dövlətin təhlükəsizliyi üçün müstəsna önəm daşıyan bəzi sahələr istisna olmaqla, əksər tədqiqat mərkəzləri, labaratoriyalar universitetlərin və böyük şirkətlərin nəzdində fəaliyyət göstərirlər. Bu isə həm dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin qarşısını alır, həm elm adamlarının fəaliyyətinin stimullaşdırılmasına və təbii ki, həm də elmin inkişafına zəmin yaradır. Universitetlərin nəzdində fəaliyyət göstərən institutlar dövlətin və ya özəl müəssisələrin sifarişi ilə tədqiqatlar aparır, bu tədqiqatlar istehsalatda tətbiq olunur və son nəticədə həm dövlət, həm universitet, həm bu universitetin nəzdində fəaliyyət göstərən institut və ya labaratoriyalar, həm də elm adamları qazanır.

Tamamilə dövlətin nəzarəti altında olan sovet təsərrüfat sistemi çoxdan çöküb və onun hələ də zorla gələcəyə daşımaq istədiyimiz hissəcikləri ilə arzuladığımız nəticəyə varmaq mümkün deyil. Sövet təsərrüfat sistemi dövlətin nəzarətində idi və təbii ki, onun inkişafına xidmət edən elmi tədqiqat institutları da dövlətin əlində olmalıydı. Azərbaycan artıq dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 29-cu ildönümünə yaxınlaşır... Sovet təsərrüfat sistemi yoxdur artıq, əfəndilər! SSRİ "ölüb"! İndi hər şey azad iqtisadiyyatın tələblərinə cavab verməlidir, o cümlədən elm də, təhsil də!

Əgər bu gün söhbət özəl sektorun inkişafından gedirsə, bu, bütün sahələri əhatə etməli, elm də bu prosesdə təkanverici qüvvəyə çevrilməlidir.

Elmin özəl sektora daşınması elmi tətqiqatların stimullaşdırılması üçün olduqca mühüm əhəmiyyət kəsb edən rəqabətə yol aça bilər. Rəqabət inkişaf deməkdir, inkişaf isə daha yaxşı həyat...

Bir az xoşniyyətli olaq, cənablar, xanımlar. Dəyişiklik, yenilik yalnız bizdən kənarda baş verməsi mümkün və labüd olan bir proses deyil. Və bəlkə də daha çox dünyagörüşümüzlə bağlı olan bir məsələdir.

Açın pəncərələri, havanı dəyişmək lazımdır...

16389780936039159823_1000x669.jpg (238 KB)

Elçin Mirzəbəyli, Əməkdar jurnalist

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR