İnsanlara hürriyət, millətlərə istiqlal!

Amazon rəhbəri Tramp administasiyası ilə mübarizə aparan AnthropicAI-ə qarşı

412 14.06.2026 10:47 Dünya A A

ABŞ hakimiyyəti Amazon rəhbərlərindən mümkün milli təhlükəsizlik təhdidi barədə məlumat aldıqdan sonra Anthropic-in qabaqcıl süni intellekt modellərinin fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu iddia ilə "Wall Street Journal" mənbələrə istinadən çıxış edib.

Bildirilir ki, Tramp administrasiyasının Anthropic-in ən təsirli süni intellekt modellərinin bütün xarici istifadəsini dayandırmaq qərarı Amazon-un baş direktoru Endi Cassi ilə ABŞ rəsmiləri, o cümlədən Maliyyə naziri Skott Bessent arasında aparılan müzakirələrdən sonra verilib.

Məlumata görə, Cassi rəsmilərə Amazon tədqiqatçılarının Fable 5 modelini ciddi kiberhücumlar üçün istifadə edilə bilən məlumatlarla təmin etməyə məcbur etmək üçün bir sıra manipulyasiyalardan istifadə etdiklərini bildirib.

Qısa müddət sonra Ağ Ev rəsmiləri bu məlumatları nəzərdən keçirməyə başlayıb və bu riski azaltmağın əsas yolunun xarici hökumətlərin, şirkətlərin və fərdlərin alətə daxil olmasının qarşısını almaq olduğunu müəyyən ediblər.

ABŞ hakimiyyət orqanlarının Anthropic-in qabaqcıl süni intellekt modellərini məhdudlaşdırdığı barədə məlumatlar fonunda Pentaqon katibi Pit Heqset şirkətin Müdafiə Nazirliyindən qovulmasının əbəs olmadığını bildirib: “Üç ay əvvəl Müdafiə Nazirliyi AnthropicAI-ni binamızdan əbədi olaraq qovub. Hər keçən gün bunun düzgün addım olduğunu göstərir”.

Qeyd edək ki, AnthropicAI Pentaqonun şirkətin süni intellekt modellərindən hüdudsuz istifadəm tələbini rədd edib. Şirkət bunu nazirliyin həmin modellərdən vətəndaşların qanunsuz izlənməsi üçün istifadə edəcəyi təhlükəsinə görə etdiyini açıqlayıb. Bundan sonra Pentaqon şirkətlə əməkdaşlığı tamam dayandırıb, şirkətə qarşı təzyiqlər başlayıb.

İki gün əvvəl isə Ağ Ev administrasiyası milli təhlükəsizliyi əsas gətirərək AnthropicAI-nin ən qabaqcıl modellərinin istifadəsini qadağan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR