İnsanlara hürriyət, millətlərə istiqlal!

Alsu bakılı ərindən buna görə boşanır - FOTO

3852 06.06.2024 17:52 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, ötən ayın sonunda tatar əsilli rusiyalı müğənni Alsunun milyonçu əri Yan Abramovdan boşanmaq üçün ərizə verib. Cütlüyün 18 illik evliliklərinə son qoymasının səbəbi kimi müğənninin iş adamı tərəfindən aldadılması bildirilib.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu gün "Presnenski Məhkəməsi"də boşanan tərəflərin nümayəndələri arasında ilk söhbət baş tutacaq.

Cütlüyün əhatəsində olan insanlar "StarHit" nəşrinə "Onlar altı aydan çoxdur ki, bir yerdə yaşamırlar. Yan uzun zamandır ki, ailəsi ilə birgə yaşadığı evə ara-sıra baş çəkir. Alsu isə bu vəziyyətlə tamamilə razılaşmayıb. Daimi qalmaqallar heç nəyi dəyişmədi, ona görə də o, bu münasibətə son qoymaq fikrinə düşdü. Ona görə müğənni, dalana dirənən münasibətləri bitirmək qərarına gəldi".
Qanuna əsasən, ər-arvada barışmaq üçün iki həftəyə yaxın zaman veriləcək, sonra isə yekun iclas keçiriləcək. Bunun nəticəsində nikah ya pozulacaq, ya da qalacaq. Lakin bəllidir ki, boşanma prosesi bununla bitməyəcək, çünki cütlük aralarında mülkü bölmək niyyətindədir. Mülklərin isə sayı bitməz.

Qeyd edək ki, Alsu və Y. Abramov 2006-cı ilin martın 18-də ailə qurub. Cütlüyün bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR