İnsanlara hürriyət, millətlərə istiqlal!

Alparslan Türkeşin qızı namizəd oldu - Ülkü Ocaqları ETİRAZ ETDİ FOTO VİDEO

1163 25.02.2024 14:53 Region A A

MHP-nin qurucusu Alparslan Türkeşin qızı, İYİ Partiya Adana millət vəkili Ayyüce Türkeş partiyası tərəfindən Adana Böyükşəhər bələdiyyə başqanlığına namizəd elan edilib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Adana Ülkü Ocaqları “Adanada xəyanətə yer yoxdur” yazılı pankartla Türkeşin namizədliyinə etiraz edib.

ulku-ocaklari-ayyuce-turkes-i-pa (2).jpg (47 KB)

Pankartda Alparslan Türkeşin “Budağından qopan yarpağın taleyini külək təyin edir!” sözləri də yer alıb. 

Ayyüce Türkeş kimdir?

Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin qızı Ayyüce Türkeş 2 oktyabr 1977-ci ildə Ankarada anadan olub. İbtidai, orta və lisey təhsilini Ankarada başa vuran Türkeş, ali təhsilini Bilkent Universitetində iqtisadiyyat, MBA təhsilini isə Bilgi Universitetində bitirib. Mərmərə Universitetində Bank işi üzrə doktorluq dərəcəsi alıb.

Y.Türkeş 2012-2023-cü illər arasında karyerasını ABŞ-ın maliyyə mərkəzi olan Nyu-Yorkda davam etdirib. O, 2012-ci ildə kompüter mühəndisi Egemen Taşla ailə qurub. Ayyüce Türkeş 2023-cü il seçkilərində İYİ Partiyadan Adana millət vəkili seçilib. Türkeşin böyük qardaşı Toğrul Türkeş isə AK Partiyadan Ankara millət vəkili seçilib.

ulku-ocaklari-ayyuce-turkes-i-pa.jpg (40 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR