İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın vitse-kansleri XƏBƏRDARLIQ ETDİ: İsrail bayraqlarını yandıranlar...

807 02.11.2023 14:04 Dünya A A

Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Almaniya sakinləri tərəfindən İsrail bayraqlarının yandırılmasını və radikal HƏMAS hərəkatının təriflənməsini cinayət hesab edir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bu cür hərəkətlərə yol verən şəxslər deportasiya oluna bilər.

Vitse-kansler qeyd edib ki, Almaniya Federativ Respublikası artıq antisemitizm təzahürlərinə yol verənləri məsuliyyətə cəlb etməyə başlayıb.

"Almaniya vətəndaşı olanlar buna görə məhkəmə qarşısında cavab verməli olacaqlar. Vətəndaşlığı olmayanlar isə rezidentlik statusunu riskə atacaqlar“, - deyə o yazıb.

Bundan əvvəl Habek "Bild"ə müsahibəsində deyib ki, Almaniyada antisemitizm artıb. Onun sözlərinə görə, Almaniya hökuməti ölkədə yəhudi xalqına və İsrail dövlətinə nifrətin olmamasına görə məsuliyyət daşıyır. O, bunu Almaniya rəhbərliyinin tarixi borcu adlandırıb. Nazir ölkədə radikal antisemitizm təzahürlərinin qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini məqbul hesab edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR