İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan gizli plan: NATO qoşunlarını şərqə köçürür

705 12.07.2024 23:19 Dünya A A

Bundesver (Almaniya Silahlı Qüvvələri) NATO qoşunlarının alyansın şərq cəbhəsinə köçürülməsi zərurəti yarandığı halda hərbi və mülki hakimiyyətin fəaliyyətini müəyyən edən məxfi plan hazırlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, plan "Operationsplan Deutschland" və ya "Oplan Deu" (alman dilindən tərcümədə "Almaniyada Əməliyyat Fəaliyyət Planı") adlanır.

Söhbət möhkəm və döyüşə hazır müdafiə arxitekturasının təmin edilməsindən gedir.

Burada Almaniya NATO-nun Avropadakı "düyün nöqtəsi" kimi təsvir edilir, onun əsas vəzifəsi alyansın yüzminlərlə ordusunun şərqə köçürülməsini və qoşunların tədarükünü təmin etmək olacaq.

"Bu o deməkdir ki, bir çox küçə və yollar, eləcə də liman infrastrukturu mülki nəqliyyat üçün deyil, hərbi məqsədlər üçün istifadə olunacaq", - Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi izah edib.

Qeyd edək ki, bu planlar Almaniyadakı siyasətçilərin və Bundesverin nümayəndələrinin Rusiyanın 2029-cu ilə qədər alyansa hücum etməsini mümkün hesab etdiklərini mütəmadi olaraq bildirdikləri bir vaxtda hazırlanıb. Xüsusilə də müdafiə naziri Boris Pistorius bunu dəfələrlə bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR