İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada işsizlik 2,5 illik maksimuma çatıb

358 30.11.2023 20:18 Dünya A A

Noyabr ayında Avropa İttifaqının ən böyük iqtisadiyyatına malik Almaniyada işsizlərin sayı 22 min nəfər artıb. Bu göstərici oktyabrdakı 5,8 faizlə müqayisədə 2021-ci ilin may ayından bu yana ən yüksək səviyyəyə - 5,9 faizə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın Federal Məşğulluq Agentliyi məlumat yayıb.

"Trading Economics" xəbər verir ki, analitiklər orta hesabla işsizlərin sayının 22 min artacağını və işsizliyin 5,8 faiz olacağını proqnozlaşdırmışdılar.

Oktyabr ayında Almaniyada işsizlərin sayı 30 min nəfər artıb.

Bu ay Almaniyada 733 min yeni iş yeri açılıb ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 90 min azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR