İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada iki yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb

310 30.11.2023 03:23 Dünya A A

Almaniya hüquq-mühafizə orqanları terror aktı hazırlamaqda şübhəli bilinən iki yeniyetməni saxlayıb.

“Report” xəbər verir ki, bu barədə WDR teleradio şirkəti məlumat yayıb.

Şübhəlilərdən biri Şimali Reyn-Vestfaliya federal əyalətində, digəri isə Brandenburqda saxlanılıb. İlkin istintaq verilənlərinə görə, onlar ya Milad bazarına, ya da Kölndəki sinaqoqa hücum etmək barədə razılığa gəliblər. Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarə (əks-kəşfiyyat) teleqramda şübhəli söhbətləri müşahidə edərkən onların izinə düşüb.

Vittstok (Brandenburq) şəhərindən olan 16 yaşlı şübhəli və Burşeyddən (Şimali Reyn-Vestfaliya) 15 yaşlı yeniyetmə ilə bağlı iş Düsseldorf və Neyruppin şəhərlərinin baş prokurorluqları tərəfindən araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR