İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Kalininqraddakı baş konsulluğunu bağlayır

290 30.11.2023 13:18 Dünya A A

Almaniyanın baş konsulluğu bu gündən Kalininqraddakı fəaliyyətini dayandıracaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə baş konsulluğun rəsmi saytında məlumat verilib.

Baş konsulluöun hansı səbəbdən bağlandığı barədə mesajda heç bir məlumat verilmir.

Konsulluq və pasport məsələləri ilə bağlı vətəndaşlardan Sankt-Peterburqdakı baş konsulluğa, viza məsələləri ilə bağlı isə eksklüziv olaraq Almaniyanın Moskvadakı səfirliyinin viza şöbəsinə müraciət etmələri xahiş olunub.

2022-ci il sentyabrın 6-da Avropa komissarı Ylva Yohansson Avropa Komissiyasının Rusiya ilə 2007-ci ildən qüvvədə olan sadələşdirilmiş viza rejiminin dayandırılması qərarını təsdiq etdiyini açıqlayıb.

Rusiya noyabrın 24-dən etibarən Paris, Marsel, Nitsa və Strasburqdakı viza mərkəzlərini bağlayıb. Fransızlar viza üçün səfirlik vasitəsilə müraciət edə biləcəklər, ərizələr onlayn qəbul ediləcək. Rusiya vizalarının qiyməti təcili və tezliyindən asılı olaraq əvvəllər müəyyən edilmiş 37-73 dollardan 50-300 dollara qədər arta bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR