İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya futbol üzrə Avropa çempionatında dron hücumundan qorxur

445 08.06.2024 14:00 Dünya A A

Almaniya hüquq-mühafizə orqanları 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatı ərəfəsində gərgin vəziyyət barədə məlumat verib.

Musavat.com xəbər verir ki, bu barədə n-tv məlumat yayıb.

Mənbənin sözlərinə görə, hakimiyyət müharibə aparan Ukraynanın milli komandasının iştirak etdiyi çempionata kiberhücumlardan ehtiyat edir. Bundan başqa, Almaniya dron hücumundan qorxur və bu səbəbdən stadionlarda təhlükəsizlik tədbirlərini gücləndiriblər. Həmçinin ehtimal olunur ki, 51 matçdan birinə və ya əsas azarkeş festivallarından birinə islamçıların hücumu təhlükəsi ola bilər.

Bundan əvvəl “Opta” statistik şirkətinin superkompüteri Avropa çempionatının favoritlərini açıqlayıb. Superkompüterin fikrincə, İngiltərə komandası turnirin qalibi olmalıdır.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisinin fəaliyyətini dayandırdığı üçün RF yığması turniri buraxır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR