İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman səfir Şuşada - Valfqanq da şeytanın qıçını qırdı

1571 24.05.2022 16:38 Yazarlar A A

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq axır ki, Şuşaya getdi. Bu barədə diplomat özü Twitter-də yazıb. Onu da qeyd edib ki, “Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə sülh və əmin-amanlıq naminə məcburi köçkünlərin geri qaytarılması prosesini müzakirə edib”.

Bu onun Şuşaya ilk ziyarəti idi. Beləcə, alman diplomat da şeytanın qıçını sındırdı. Ermənilərin qulağından uzaq...

Bəs niyə məhz indi, üstündən ilyarım keçəndən sonra?

Yəqin o səbəbə ki, Qərb diplomatları Azərbaycanın Şuşaya, azad edilən digər torpaqlara əbədi qayıtdığına artıq əmin olublar. Görürlər ki, Şuşa, Qarabağ hansı şövqlə, inam və sevgi ilə bərpa edilir, təzədən qurulur. Bunu yalnız o torpaqların həqiqi yiyəsi edə bilərdi və edir!

Görürlər ki, erməni bayatı və nağıllarına rəğmən, daha nə üzdəniraq Minsk Qrupu var, nə də “status” söhbəti. Olmayacaq da. Onu da yaxşı görürlər ki, Azərbaycan sürətlə qabağa, Ermənistan isə dal-dala, uçuruma gedir. Çünki biri haqda, digəri – Ermənistan isə nahaqdadır.

Odur ki, günün birində ABŞ, Rusiya, Fransa səfərlərinin də Şuşaya səfər edəcəklərinə şübhə eləmirik. Başqa yolları yox. Əks halda, tək qalacaq, təklənəcəklər. Pis mənada barmaqla göstəriləcəklər. Onlar haqda keçmiş Minsk Qrupunun Azərbaycana qarşı qərəzli “üçlüsü” rəyi daşlaşacaq, separatizmin əsas dayaqları qənaəti güclənəcək. Qısası, pislik yenə özlərinə qalacaq. Elə ermənilərin çığır-bağırı, hoppanıb-düşmələri də.

Yada salaq: bu 3 dövlət ərazi bütövlüyümüzü tanıdıqlarını bəyan edir. Qarabağın bərpasında həmin ölkələrin bəzi şirkətləri iştirak da edir. O zaman diplomatlarının Şuşa xofunun anlamı nə?..

Erməni nadürüstlərin ürəyindən qara qanlar axsa da, bağırları çatlasa da, bu da artıq faktdır ki, Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi adi hal alıb. Son olaraq, orada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndə heyətlərinin birgə toplantısı reallaşdı.

Mədəniyyət paytaxtımızda həmçinin BMT bayrağı dalğalanır – bu şəhərin, ümumən ərazinin kimə məxsusluğunun dünyaya növbəti əyani nümayişi və təsdiqi olaraq. Ardı daha möhtəşəm gələcək. Qarşıda hələ Türkiyə konsulluğunun açılışı var...

Xain ermənilər isə bu arada özlərinə “dütdülü” ilə təsəlli verməkdədirlər. İki gün öncə İrəvanda boks üzrə Avropa Çempionatının açılış mərasimində separatçı oyuncaq rejimin əski parçasını oğrun yolla zala gətirib 1-2 dəqiqəliyinə dalğalatmağın başqa hansı “həzzi” ola bilər ki?

Abırsız tayfa. Heç Ermənistan adında düz-əməlli dövlətləri yoxdu, o ki ola “ikinci erməni dövləti” və onun “bayrağı”! Göydən yerə enməyin zamanı gəlmədimi? Artıq alman səfir də Şuşaya getdi. Siz haylar da gedə bilərsiniz. Turist kimi, qonaq sifətində. Əgər özünüzü ağıllı aparsanız və əlbəttə ki, əgər icazə versək...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR