İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçova ailəsi ilə birlikdə Londona köçməyi planlaşdırır

443 13.12.2023 11:21 Dünya A A

Məşhur rusiyalı müğənni Alla Puqaçova Yeni il tətilindən sonra ailəsi ilə birlikdə Londona köçməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, hazırda Kiprdə yaşayır, lakin dostlarının dediyinə görə, yerli iqlim onun sağlamlığına, xüsusən də ürək-damar sisteminə mənfi təsir göstərir. Mənbənin sözlərinə görə, bu, Puqaçovanın yaşayış yerini dəyişdirmək istəməsinin səbəblərindən biridir. Bundan başqa, müğənni övladlarının Böyük Britaniyanın paytaxtında təhsil almasını istəyir.

“Onların ailəsi üçün London yad şəhər deyil. Kristina Orbakaytenin kiçik oğlu Denis Baysarov orada oxuyub və uzun illər orada yaşayır”, - deyə onun yaxın rəfiqəsi bildirib.

Success Finance daşınmaz əmlak agentliyinin təsisçisi İbrahim Bədəlov öz növbəsində nəşrə bildirib ki, Londonun prestijli ərazisində 5 yataq otağı olan malikanənin orta hesabla qiyməti təxminən 1,2 milyard rubl təşkil edir. Bu arada həkim Puqaçovanın səhhəti baxımından mümkün hərəkətini də şərh edib. Mütəxəssisin fikrincə, London iqlimi müğənniyə ürək problemlərinə görə tövsiyə edilmir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR