İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlərimizin gecikmiş vaksininin adı narazılıq yaratdı

1388 09.06.2023 08:12 Yaşam A A

Azərbaycan koronavirusa qarşı vaksin hazırlayıb. Bu barədə “Trend”ə açıqlamasında AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədov deyib. O deyib ki, vaksin hazırlanması bir neçə mərhələdən ibarət olur: “Birinci mərhələsi laboratoriya şəraitində, yəni elmi tədqiqatların aparılmasıdır. Buna pre-klinik tədqiqatlar deyilir. Burada elmi tədqiqatlar aparılır, sonra heyvan modelləri üzərində təsirini yoxlamaq üçün tədqiqatlar aparılır”.

O qeyd edib ki, komandası tərəfindən bir neçə vaksin hazırlanıb:

“COVİD-19-a qarşı həm vaksin, həm də dərman hazırladıq. Pre-klinik işlər başa çatdı. Bundan sonrakı işlər isə investora bağlı məsələdir. Çünki burada klinik tədqiqatları insanlar üzərində aparılması üçün maliyyə vəsaiti olmalıdır. Təəssüf ki müəyyən məsələlərə görə maliyyə vəsaiti olmadı. Hazırladığımız vaksin dünyada yeganə vaksin oldu ki, ”Omikron" da daxil olmaqla koronavirusun bütün variantlarına qarşı təsirli oldu. Bu haqda dünyanın ən prestijli jurnallarında çin alimləri tərəfindən məqalə çap edildi. Orada göstərilir ki, bizim hazırlaldığımız COVİD-19-a qarşı vaksin “Omikron”və “Delta”ya qarşı effektivdir". Tərlan Məmmədov deyib vaksinin adının “Qarabağ” qoyulması planlaşdırılıb: “Pandemiya bitsə də ”Omikron" variantı yenə də özünü göstərir. Koronavirusa qarşı universal bir vaksin olaraq hazırladıq. Hələ də gec deyil. İnsanlar hələ də “Omikron” varianta yoluxur. Bu vaksin yeni yaranan variantlara qarşı da effketivdir".

Xatırladaq ki, bir müddət öncə T.Məmmədov müvafiq işlərə 20 nəfərdən ibarət komandası ilə pandemiyanın ilk günlərindən etibarən başladığını qeyd edib. Nəzərə alsaq ki, yeni ştamlar yaranandan sonra bundan əvvəlki ştamlara qarşı yaradılan vaksinlərin effektliyi az olur. O zaman bu vaksin gecikmiş sayılmır ki? Digər tərəfdən,  “Qarabağ” adı vaksin üçün nə qədər uğurlu sayılır. “Yeni Müsavat” mövzu ilə bağlı ekspertlərin mövqeyini öyrənib. 

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı: “Qarabağ adını harada işlədirlərsə, yüz ölçüb bir biçməlidirlər”

Həkim-ekspert, professor Adil Qeybulla deyir ki, Azərbaycanda hazırlanan vaksin haqqında bir söz deyə bilmir, çünki onunla bağlı heç bir açıqlama yoxdur: “Burada hansı texnologiyadan istifadə olunub, necə hazırlanıb, bu barədə açıqlama yoxdur. Əgər bu  hansısa müştərək şirkətlərlə dünyanın aparıcı laboratoriyaları ilə birgə hazırlanmış olarsa, bunun özü bir yenilik sayıla bilər. Ümumiyyətlə isə COVİD 19 əleyhinə bu vaxta qədər hazırlanmış vaksinlər molekulyar biologiyanın ən müasir nailiyyətlərindən alınıb: ”Burada virusun platformasında onun üzərinə həmin S zülalı implant olunub, yapışdırılıb, bu yolla orqanizmin vaksindəki komponentləri koronavirus kimi tanıyır və ona qarşı əks cisimlər hazırlayır. Həmin hazırlanan adenavirus da inaktivasiya olunub, yəni onun xəstəlik törətmək imkanı qalmır. Ona görə də bunlar müasir texnologiyalı, yüksək səviyyəli hazırlanan vaksindir. Bu sualdır. İkincisi, heç vaxt ribonuklein turşusu (RNT) daşıyıcısı virusların bir universal vaksini dünyada yoxdur. Çünki bu viruslar hər dəfə dəyişir. Bunun forması eyni qalmır. Ona görə də bu viruslarla mübarizə məsələsi müşküldür. Elə olsaydı qripin də axırına çıxardılar. Qripin 2 mindən çox ştamı var. Hər il də müxtəlif ştamlarla peyda olur. Ona qarşı da hər il vaksin hazırlanır. Bu il olan qrip növü gələn il olmur. Koronavirus da RNT daşıyıcı virusdur. Vaxtilə insanlara adi soyuqdəymə törədən bu virus axırda pandemiyaya səbəb oldu. Pandemiya da elmi bir nəticə idi. Çünki nəticədə RNT-ribonuklein turşusu nüvəsində olan  virusların hamısı mutasiya qabiliyyətinə malikdirlər. Bunlar mutasiya nəticəsində daha yoluxucu formaya çevrilib, sonda pandemiya yarada bilirlər. O cümlədən biz qripin neçə dəfə pandemiya yaratdığını bilirik. Nə vaxtsa da qripin pandemiya olması gözlənilir. RNT nüvəli virusların kökünü kəsmək üçün hələ son vasitə düşünülməyib, hazırlanmayıb, bunun hazırlanması da müşkül məsələdir".

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas: “Heç vaksinə də Qarabağ adı qoyarlar?”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə “Yeni Müsavat”a vaksinə "Qarabağ" adının verilməsinə etirazını bildirdi. O dedi ki, torpaqlarımız işğal altında olanda Qarabağ adının müxtəlif məqamlarda işlədilməsinə qarşı olub: “Bunun dəfələrlə qarşısını almışıq. Mən xatırlayıram ki, bir araq buraxmışdılar, üstünə də ”Za Karabax" yazmışdılar. Bunu da qələbə kimi təqdim edirdilər. Hələ heç müharibədən söhbət getmirdi. İkinci Qarabağ müharibəsindən çox-çox əvvəl idi. Təsadüfən o vaxtlar Azərbaycan Qadınlar Cəmiyyətinin yubileyini keçirirdilər. Yubileydə Gülüstan sarayında gətirib stolun üstünə qoydular. Biz də orada iştirak edirdik. Orada etiraz etdik, yığışdırdıq onu ki, bu biabırçılıqdır. Guya bu vətənpərvərlikdir. O harada istehsal olunur, oranı da tapdıq. Şampan-şərab zavodunun qarşısında  aksiya keçirdik. Axırda bizə yalvardılar ki, anbarda nə qədər varsa, sataq, sonra istehsalı dayandıraq. Sonra dayandırdılar. Üstünə Qarabağ yazılmış günəbaxan tumu da satılırdı. Onunla bağlı da narazılıq etdik, çətinliklə qarşısını aldıq. O tumu çırtlayırdılar, qabını da yerə atırdılar. Bunun da qismən qarşısını almışdıq. İndi bunlar özlərini vətənpərvər təşəbbüskar kimi göstərirlər. Bəlkə də biz qalib gələndən sonra məsələyə başqa cür yanaşma olar. Amma diqqətli olmalıdırlar. Qarabağ adını harada işlədirlərsə, yüz ölçüb-bir biçməlidirlər.  Bildiyimə görə, Prezidentin sərəncamı da oldu ki, kim Şuşa adını harada istifadə edirlərsə, komissiyanın xüsusi rəyindən sonra kimsə, harasa Şuşa adını qoya bilər. Hamı həvəsə düşmüşdü, hərə harada gəldi Şuşa adını qoyurdu. Şuşa ilə bağlı Prezidentin sərəncamından sonra bu məsələ nizama salındı. Fikrimcə, oxşar sərəncam Qarabağ adı ilə bağlı da olmalıdır. Qarabağ adını harasa verirlərsə, xüsusi komissiyanın,  müəyyən  icra strukturlarının rəyi alındıqdan sonra məqsədəuyğundur yoxsa yox, qərar olandan sonra verilməlidir. Burada müəyyən dövlət strukturları ilə razılaşdırılmalıdır. Təbii vaksin ortatadırsa, bu dövlət əhəmiyyətli bir aksiyadır, dövlət səviyyəsində hansısa ad veriləcəkdir. Şəxsən mən tərəfdarı deyiləm ki, Qarabağ adı bu şəkildə ucuzlaşdırılsın".

Milli Məclisin deputatı Aqil Abbas isə “Yeni Müsavat”a dedi ki, yaxşı olar ki, həmin alim vaksinə öz adını qoysun: “Necə ki, Əli İnsanov öz dərmanının adını ”İnsanovin" qoydu, o da “Tərlan” qoysun. Heç vaksinə Qarabağ adını qoyarlar. Mənasız bir şeydir. Birini də düzəldib Ağdam, birini Şuşa, birini də Kəlbəcər qoysunlar.... Hər halda, mən bunu qəbul etmirəm. Ümumiyyətlə, bu addan çox istifadə edirlər. Çayxana aç Qarabağ qoy, aptek aç adını Qarabağ qoy, dərman zavoduna Qarabağ adını qoy, belə şey olar?! Mən məsləhət görərdim, öz adını qoysun. Vaksini yaradıb, sağ olsun. Özü də COVİD qurtarandan sonra icad ediblər, buna görə də sağ olsun. Zəhmətini qiymətləndirirəm, yaxşı mənada, amma ad məsələsində yanlışlıq edirlər".     

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR