İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyandan SÜLH açıqlaması 

1038 27.02.2024 16:53 Region A A

“Türkiyə Böyük Millət Məclisi sədrinin Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı olmadığını deməsi Azərbaycan-Ermənistan danışıqlarına təsir göstərmək üçündür”.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bu bəyanatda ritorikanı bir kənara qoysaq, mən də Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyiləm. Əgər kimsə başqa variant təklif edərsə, mən buna qulaq asmaram”, - deyə Simonyan söyləyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərdə irəliləyiş var.

“Görüşürlərsə, demək ki, var”, - deyə Simonyan başqa sahələrdə geriləmə olduğunu da deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR