İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr İskəndəryan: "NATO nümayəndəsindən belə bir bəyanat gözləməmək qəribə olardı"

1048 20.03.2024 19:00 Siyasət A A

"Stoltenberqin ziyarətinin hər hansı bir problemi həll edəcəyini düşünmürəm. Amma bu, sadəcə protokol səfəri deyil. Cənubi Qafqaz kifayət qədər spesifik regiondur: biz Rusiya ilə İran arasında yerləşirik və Yaxın Şərqdən o qədər də uzaqda deyilik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan tərəfindən səslənib.

İskəndəryan NATO-nun baş katibi Yens Stoltenberqin Azərbaycana, Gürcüstana və Ermənistana səfəri ilə bağlı mövqeyini bölüşüb.

“Təbii ki, NATO xüsusən vəziyyətin kifayət qədər mürəkkəb, təlatümlü və riskli olduğu indiki dövrdə bölgədəki proseslərdə maraqlıdır. NATO-nun baş katibi Cənubi Qafqazın hər üç ölkəsinə səfər edib.

İstənilən Avropa strukturunun və xüsusilə NATO-nun nümayəndəsinin Bakı ilə kifayət qədər əlaqələri var, çünki o, NATO-nun ikinci böyük ordusu - Türkiyə ordusu ilə birbaşa işləyir.

Gürcüstanla da bu qəbildən olan məsələlərin müzakirəsinə ehtiyac var, çünki orada son vaxtlar Tiflis ilə Avropa strukturları arasında daha geniş qarşılıqlı fəaliyyətə səbəb olan dəyişikliklər baş verir”, - o qeyd edib.

“Ermənistan isə Cənubi Qafqazda üçüncü ölkədir. Bakıya səfər edib İrəvana getməmək düzgün olmazdı.”, - deyə Aleksandr İskəndəryan vəziyyəti bu cür təsvir edib.

İskəndəryan həmçinin İrəvanda Nikol Paşinyanla görüşdən sonra Stoltenberqin “Mən sizin Ukrayna ilə həmrəyliyinizi alqışlayıram və bütün tərəfdaşları Putinin işğalçılıq müharibəsində qalib gəlməsinin qarşısını almaq üçün əllərindən gələni etməyə çağırıram” kimi bəyanatını da şərh edib:

“NATO nümayəndəsindən belə bir bəyanat gözləməmək qəribə olardı. NATO Rusiya ilə birbaşa münaqişədədir. Ümumiyyətlə, bizim regionda baş verən hər şey NATO ilə Rusiya arasında qarşıdurma kontekstində başa düşülməlidir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR