İnsanlara hürriyət, millətlərə istiqlal!

Aksiya iştirakçıları dinc ermənilərə səsləndi: "Biz yol kəsməmişik" - VİDEO

1746 18.12.2022 18:46 Qarabağ xəbərləri A A

Xankəndi-Laçın yolundakı dinc aksiyada iştirak edən gənclər mülki ermənilərə səslənib.

Musavat.com xəbər verir ki, 7 gündür davam edən aksiyanın iştirakçıları Ruben Vardanyan və onun dəstəsinin yaydığı yalan məlumatlara bir daha cavab veriblər.

Gənclər bildiriblər ki, onlar yol kəsməyiblər və istənilən mülki erməni bu yoldan rahat şəkildə istifadə edə bilər:

"Yolu Rusiya sülhməramlıları bağlayıb. Biz dinc aksiya edirik və tələblərimiz var. Dinc ermənilərin bu yoldan istifadə etməsində heç bir məhdudiyyət yoxdur. Əksinə, biz onlara hər cür kömək etməyə hazırıq. Onların qarşısını biz yox, Ruben Vardanyan kəsib. Bilir ki, istənilən mülki erməni bu yola gəlsə, biz onların keçməsinə mane olmayacağıq. Bu isə onların günlərdir apardıqları kampaniyanı suya düşürəcək. Buna görə də erməni əsilli Azərbaycan vətəndaşlarını əsarətdə saxlayırlar, onları buraxmırlar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR