İnsanlara hürriyət, millətlərə istiqlal!

"Akkuyu" AES-in işə salınacağı tarix AÇIQLANDI

834 11.10.2023 13:15 Region A A

Türkiyə "Akkuyu" AES-i 3-4 il ərzində tam şəkildə işə salacaq.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiya Enerji Həftəsində çıxışı zamanı deyib.

"Bizim niyyətimiz 2024-cü ildə ilk reaktordan elektrik enerjisi istehsal etməkdir. Ümid edirik ki, yaxın üç-dörd ildə biz bütün stansiyanı tam şəkildə işə salacağıq", - o deyib.

Qeyd edək ki, "Akkuyu" Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Layihə 2010-cu il mayın 12-də Rusiya ilə bağlanmış atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir. Layihə dörd enerji blokunun tikintisini nəzərdə tutur. Atom elektrik stansiyasının hər blokunun gücü 1200 MVt olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR