İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə institutu təhlükədə: nikahların sayı azalıb, boşanmaların sayı artıb - çıxış yolu

821 15.06.2023 08:50 Sosial A A

Əhməd Qəşəmoğlu: “İqtisadi faktorlar boşanmaların sayının artmasında cüzi təsirə malikdir”

Azərbaycanda tarixən ailə institutu möhkəm olub. Bu, nədənsə bəzi Qərb dairələrini narahat edirdi və ölkəmizdə ailə dəyərlərinin aşılanması üçün müxtəlif projelərin həyata keçirildiyi sirr deyildi. Düzdür, dövlət bunun qarşısının alınması üçün bir çox tədbirlər gördü, ancaq deyəsən, artıq neqativ təsirlər öz işini müəyyən qədər görə bilib.

Belə ki, ailələrdə problemlər, məişət cinayətləri artmaqla yanaşı, boşanmalar da ifrat həddə çatıb.

Rəsmi statistikaya görə, bu ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15065 nikah və 6920 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun  mahiyyətini bilirəm” - VİDEO, FOTOLAR

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, sözügedən rəqəmlərin arxasında gizli statistika var. Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri nikah qurmadan birgə yaşayış hallarının sayının artmasıdır: “Bu, təhlükəli tendensiyadır. İnsanlarda məsuliyyət hissi azalır. Boşananlardan daha çox mübahisəli ailələr çoxdur. Bəzən boşanmanı normallaşdırma kimi yanaşmanın şahidi oluruq. Nəzərə almaq lazımdır ki, Avropada və Azərbaycanda boşanmalar fərqli mənəvi zərbələr vurur. Ailədə mübahisə yeni nəslə mənfi təsir göstərir. Psixologiya mərkəzlərinə gedəndə çox sayda uşaq görürük. Boşanmaların sayı artdıqca onların psixologiyasına ciddi zərbə vurulur. Bunun qarşısını almaq mümkündür. Elmi əsaslarla sosial siyasətdə dəyişikliklər etməklə buna nail olmaq olar. Sözügedən problemin həlli müvafiq qurumların imkanları daxilində deyil. Öncə sorğu keçirmək lazımdır ki, nikaha daxilolma niyə azalıb? Ölkəmizdə bu sahədə ciddi araşdırma aparılmayıb. Bəzi tədqiqatlara etibar etmək olmaz, çox naşı hazırlanıb. Bu sahədə ciddi fəaliyyət planı hazırlanmalıdır. İqtisadi faktorlar boşanmaların sayının artmasında cüzi təsirə malikdir. Ötən əsrdə bundan daha çətin illər olub. O zaman əhalinin iqtisadi vəziyyəti daha çətin idi. Buna görə də hesab edirəm ki, bu iddianın əsası yoxdur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR