İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyaya köhnə tankerlərin satışını qadağan edə bilmədi

343 12.12.2023 01:48 Dünya A A

Avropa İttifaqı ölkələri 12-ci sanksiyalar paketində Avropa Komissiyasının Rusiyaya tankerlərin satışının qadağan edilməsi ilə bağlı təklifi üzrə razılığa gələ bilməyiblər.

Bu barədə Brüsseldəki diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Mənbələrin məlumatına görə, Avropa Komissiyası ilkin olaraq köhnə tankerlərin Rusiya şirkətlərinə, eləcə də öz tankerlərindən Rusiya neftinin qiymət tavanından yan keçmək üçün istifadə edə biləcək şirkətlərə satışını qadağan etmək istəyirdi. Lakin bu gün keçirilən nazirlər görüşündə təklif sanksiya paketindən çıxarılıb. Agentlik qeyd edir ki, təşəbbüs güclü dəniz nəqliyyatı şirkətləri olan Aralıq dənizi ölkələri tərəfindən rədd edilib. Onlar qadağanın onların rəqabət qabiliyyətinə xələl gətirəcəyindən ehtiyatlanırlar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR