İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin milyard dollarlıq malları Rusiyadan keçərkən “yoxa çıxıb”

822 11.05.2023 14:41 Son xəbər A A

2022-ci ildə Avropa İttifaqı ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilən dəyəri bir milyard dollardan çox olan mallar Rusiya ərazisindən tranzit keçərkən “yoxa çıxıb”.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qəzet yaranan vəziyyəti “ruh ticarəti” adlandırır.

Gələn məlumatlara görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra tranzit bəhanəsi ilə Aİ ölkələrindən Rusiyaya iki milyard dollarlıq mal ixrac edilib. Lakin əsl həcmin bundan dəfələrlə böyük olduğu qeyd edilir.

Avropa mallarının, o cümlədən hərbi sənayedə istifadə oluna bilən ikili təyinatlı məhsulların alıcıları Ermənistan, Qazaxıstan və Qırğızıstan şirkətləri olub.

Rusiya Aİ gömrük bəyannamələrində saxta istiqamətlər qeyd etməklə sanksiyalardan yan keçə bilib. Belə ki, Rusiyaya ixracı qadağan edilən təyyarə komponentləri, optik avadanlıq və qaz turbinləri kimi məhsullar Rusiya ərazisində “tranzit əmtəə” kimi göstərilib, amma əslində onlar ölkədə qalıb və müvafiq satıcılara paylanıb.

"Bu mallar başqa hara gedə bilərdi? Niyə bu ölkələrin birdən-birə Avropa məhsullarına ehtiyacı yaranıb? Regionda həmin məhsullara ən çox kim ehtiyac duyur? Aydındır ki, Rusiya", -deyə Estoniyanın sanksiyalar naziri Erki Kodar qəzetə bildirib.

Adı çəkilən ölkələrlə bərabər, sanksiyaları dəstəkləməyən və Rusiya ilə qonşu dövlətlər tərəfindən müəyyən kateqoriyalı əmtəələrin idxalının artması ciddi şübhə doğurub . Həmin məhsullaırn da əslində Rusiyaya getdiyi güman olunur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR