İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır qəzaya düşənlər həkim və müəllim imiş

818 15.07.2024 18:10 Hadisə A A

İyulun 12-də Lerik rayonunun Rəzəvül kəndində “Niva” markalı avtomobillə qəzaya düşən şəxslər müəllim və həkim imiş.

Publika.az xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan Kamal Balamirzə oğlu Kazımov rayonda həkim, Balabəy Əzim oğlu Həmidov isə müəllim kimi fəaliyyət göstərib.

Eyni zamanda yaxın dost olan şəxslər K. Kazımova məxsus avtomobillə hərəkətdə olarkən qəzaya düşüblər. Vəziyyəti daha ağır olan Kazımov reanimasiya şöbəsinə yerləşdirilib və orada vəfat edib. B. Həmidov isə Bakıdakı xəstəxanaya köçürülüb.

Qeyd edək ki, hadisə iyulun 13-nə keçən gecə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR