İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdaşda 14 yaşlı gənc iki avtomobilin arasında qaldı - VİDEO

766 06.06.2024 02:01 Hadisə A A

Ağdaşda 14 yaşlı gənc iki avtomobilin arasında qalıb.

Patrul.az xəbər verir ki, bu gün Ağdaş rayonunda 14 yaşlı gəncin ağır bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, rayonda keçiriləcək toy mərasimi üçün Bakı şəhərində fəaliyyət göstərən kirayə avtomobil şirkətlərinin birindən götürülən "Mercedes Gelandewagen" markalı 99-SV-088 dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürülərək Ağdaş rayonuna aparılıb.

Toy öncəsi avtomobil yuyulması üçün rayonda fəaliyyət göstərən avtoyuma məntəqələrindən birinə verilib.

Avtoyuma məntəqəsinin əməkdaşı avtomobili geri verərkən tormoz pedalı ilə qaz pedalının yerini səhv salıb və arxada təmir üçün saxlanılmış digər avtomobilə çırpılıb.

Hadisə nəticəsində təmir sexində usta köməkçisi işləyən gənc iki avtomobilin arasında qalaraq ağır bədən xəsarətləri alıb.

Hadisədən sonra o, dərhal xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR