İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdama düşən dolu evlərə və fərdi təsərrüfatlara ciddi ziyan vurub - VİDEO

588 18.06.2023 19:20 Son xəbər A A

Ağdam rayonunda hava şəraiti qeyri-sabit keçib, güclü yağış yağıb, dolu düşüb.

“Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, rayonun Çəmənli, Zəngişalı, Mahrızlı, Üçoğlan, Baharlı 1 və Baharlı 2 qəsəbələri dolunun ən çox düşdüyü bölgələr olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, güclü dolu evlərin və yardımçı tikililərin dam örtüklərinə ziyan vurub.

Fərdi təsərrüfatlara və əkin sahələri ciddi ziyan dəyib. Ağdam rayon Fövqəladə Hallar Komissiyasına dolunun vurduğu ziyanla bağlı vətəndaşlardan müraciətlər daxil olub. Hazırda, dəyən ziyanın hesablanması istiqamətində işlər aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR