İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağcabədidən Türkiyəyə qardaş köməyi

590 15.02.2023 16:48 Sosial A A

Qardaş Türkiyədə baş vermiş və böyük dağıntılara, on minlərlə insan itkisinə səbəb olmuş güclü zəlzələdən zərərçəkənlərə humanitar yardım göstərilməsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin çağırışına Ağcabədi rayonu da qoşulub.

AZƏRTAC xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən yardım kampaniyasına idarə, müəssisə və təşkilatların nümayəndələri və ictimaiyyət qoşulub. Zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyac siyahısına uyğun olaraq, əsasən uşaq bezləri, uşaq yeməkləri, çadır, quru qidalar, çaylar, isti geyimlər, dərman preparatları, yorğan-döşək, ərzaq və digər məhsullar toplanıb.

Vətəndaşlar tərəfindən ianə olunan bütün isti geyimlər və lazımi əşyalar GTM Qarabağ ofisində könüllülər, qazilər, idmançılar tərəfindən çeşidlənərək qablaşdırılıb və avtomobillərə yüklənərək YAP Ağcabədi rayon təşkilatı tərəfindən qardaş ölkəyə göstərilməsi üçün Bakıdakı məntəqəyə təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR