İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağalı kəndinə daha 25 ailə köçürüləcək

1126 01.09.2022 00:21 Qarabağ xəbərləri A A

"Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək".

Musavat.com-un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Real TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb: "41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni "Ağıllı kənd"ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR