İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağabala Ramazanov: "Daha güclü "Səbail" görəcəyimizə əminəm"

387 24.08.2022 23:40 İdman A A

"Səbail"ə qayıtdıqdan sonra debüt oyunumun bu qədər gecikəcəyini düşünməzdim".

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı hücumçu bildirib ki, Gürcüstan toplanışında ayağından aldığı zədə debütünü ləngidib: "Hər şərdə bir xeyir var deyə düşünürəm. “Şamaxı” ilə oyunda meydana çıxdığım zaman qəribə hisslər yaşadım. Sanki “Səbail”də ilk oyunumu keçiridim".

Təcrübəli forvard 1:1 hesablı heç-heçə ilə başa çatan oyunun nəticəsindən və çıxışından tam razı olmadığını söyləyib: "Amma hər şeyin daha yaxşı olacağına inanıram. Bu potensial komandamızda var. Qarşıdakı oyunlarda daha güclü “Səbail” görəcəyimizə əminəm".

Qeyd edək ki, Ağabala Ramazanov "Səbail"ə cari mövsümün əvvəlində "Zirə"dən keçib. O, 2018/2019 mövsümündə də "dənizçilər"in formasını geyinib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR