İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA-dan “Sabah”ın futbolçusuna ağır cəza

474 20.12.2022 15:36 İdman A A

AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu Ceyhun Nuriyevi sərt cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, buna 21 yaşlı yarımmüdafiəçinin "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundakı davranışı səbəb olub.

Matçın 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Nuriyevə 3 aylıq sınaq müddəti təyin olunub. Futbolçu 4 oyunluq cəzalanıb. Bunun 2-si şərti xarakter daşıyır. Klub isə 3 200 manat cərimələnib.

“Sabah”ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov isə hakimlərə etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib. Mütəxəssis həmçinin klubunu 800 manat ziyana salıb.

“Turan Tovuz” - “Neftçi” oyununda isə qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə "ağ-qaralar" 800 manat cərimə ödəyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR