İnsanlara hürriyət, millətlərə istiqlal!

Adını eşidənlər inanmır, sənədini istəyir - Ərdoğanla eyni adı daşıyan gənc kimdir?

1616 19.03.2023 15:32 Maraqlı A A

Nevşəhirdə adı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni olan gənc deputatlığa namizəd olub.

Teleqraf.com xəbər verir ki, 24 yaşlı Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək parlament seçkilərinə qatılmaq üçün namizədliyini hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü kimi irəli sürüb.

AKP-nin Nevşəhir şöbəsinin seçki komissiyasına müraciət edən Rəcəb Tayyib Ərdoğan bundan sonra hakim partiyanın şöbə sədri Ali Kemikkıranla görüşüb.

Adı prezidentlə eyni olduğu üçün müsbət reaksiyalar aldığını bildirən Ərdoğan inanmayanların kimliyini istədiklərini deyib.

“Mayın 14-də keçiriləcək parlament seçkilərində boya-başa çatdığım Nevşəhirdən deputatlığa namizədəm. Adımı eşidəndə qəribə olurlar, şəxsiyyət vəsiqəmi görmək istəyirlər. Adımın belə olduğuna inanmırlar. 1999-cu il martın 8-də anadan olmuşam. Namizədliyimə görə məni heç kim tək qoymadı, dəstəklədi. Seçilsəm, gəncləri parlamentdə ən yaxşı şəkildə təmsil etmək istəyirəm”, - Ərdoğan bildirib.

ed4r.png (1.85 MB)

Gənc namizəd ona bu adın verilməsi haqda belə söyləyib:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi şeirə görə həbs olunduqdan üç gün sonra dünyaya gəlmişəm. Atam da prezidentimizi çox sevdiyinə və bu duruma üzüldüyünə və ona sevgisini göstərmək üçün mənə Rəcəb Tayyib adını verdi”.

1999-cu il martın 8-də Nevşəhirin Kavak qəsəbəsində anadan olan Rəcəb Tayyib Ərdoğan ibtidai və orta təhsilini Kavak ibtidai məktəbində başa vurub. Nevşəhir Anadolu İmam Hatip Liseyini bitirdikdən sonra Nevşəhir Hacı Bektaş Vəli Peşə Məktəbinin Kompüter proqramlaşdırma fakültəsini bitirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR