İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronun məhv olan gölləri - onları necə qoruyaq

1319 23.02.2023 12:00 Yaşam A A

Məhərrəm Mehtiyev: “Həmin gölləri yüksək səviyyədə təmizləmək, turizm məkanına çevirmək mümkündür, lakin...”

Abşeron yarımadasında mövcud olan göllərin əksərinin durumu acınacaqlıdır. Belə ki, onlara ya kanalizasiya axıdılır, ya da zibillik kimi istifadə olunur. Təbiətsevərlər bununla bağlı illərdir həyəcan təbili çalırdılar.

Nəhayət, rəsmi qurumlar da bununla bağlı hərəkətlənib.

Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib ki, “Zığ”, “Lökbatan”, “Qu”, “Qırmızıgöl”, “Binəqədi”, “Xocəsən”, “Zabrat”, “Bülbülə”, “Böyükşor” gölləri axıdılan tullantı suları nəticəsində bu gün çirklənməyə məruz qalıb. Onun sözlərinə görə, göllərdən götürülmüş su nümunələrinin təhlilləri nəticəsində məlum olub ki, bu göllərdə vəziyyət acınacaqlıdır.

“Məqsədimiz göllərin reabilitasiya ilə bağlı məsələlərin ardıcıllığını müəyyənləşdirmək və sonda təqdim olunan layihələrin ekoloji və iqtisadi baxımdan səmərəliliyinə nail olmaqdır”.

Bəzi sayt rəhbərləri Mirsalam Qənbərov haqqında şantaj xarakterli yazı  yazanda yaxşı-yaxşı fikirləşin » Pressxeber.info

Mirsalam Qənbərov

Bunu isə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Abşeron yarımadasındakı göllərin ekoloji vəziyyətinə dair ictimai dinləmədə deyib. Onun sözlərinə görə, bu gün Abşeron yarımadasında əsas 9 gölün vəziyyəti, çirklənmə səbəbləri barədə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, o cümlədən bu sahə üzrə elm adamları, QHT nümayəndələrini cəlb ediblər: “Gündəmdə olan məsələ göllərin qurudulması yox, sağlamlaşdırılmasıdır. İlk növbədə, göllərə axıdılan çirkab suların qarşısı alınmalıdır. Bu zaman gölün təbii su mənbəyini müəyyənləşdirmək mümkündür. Artıq "Böyükşor" və “Zığ” gölləri istiqamətində müəyyən tədbirlər həyata keçirilməkdədir".

Geologiya və Geofizika İnstitutu bir sıra mətbuat orqanlarını fəxri  fərmanlarla təltif edib

Vaqif Məmmədov

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Vaqif Məmmədov isə bildirib ki, Abşeron yarımadasında çirklənməyə məruz qalmış göllərin kadastrının yaradılmasına ehtiyac var və yalnız bu zaman vəziyyəti düzgün təhlil etmək, ona uyğun qərar vermək mümkündür.

Media nümayəndələri üçün içməli və tullantı su təsərrüfatı barədə təlim  keçirilib (FOTO)

 Bahadur Kəngərli

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli danışaraq qeyd edib ki, göllərin reabilitasiyasına dair layihələrdə tullantı su sisteminin yaradılması məsələsi öz əksini tapmalıdır. O bildirib ki, hazırda Abşeron yarımadasının 70 faizi mərkəzləşmiş tullantı su sistemi ilə əhatə olumayıb:

“Buna görə də bütün göllər tullantı suları ilə çirklənməyə məruz qalır. Həmin göllərin qurudulması, reabilitasiyası, bərpası ilə bağlı hər hansı bir layihə hazırlanarkən mütləq kompleks baxılmalı, ərazidə tullantı su sisteminin yaradılması məsələsi layihədə öz əksini tapmalıdır. Əks halda, bərpa edəcəyimiz göl yenidən çirklənməyə məruz qala bilər. Digər halda isə torpaqladığımız, yəni ləğv etdiyimiz göl həmin ərazidə subasma hallarına səbəb ola bilər. Eyni zamanda bütün göllər səth - yağış suları və qrunt sularının idarə olunmasında bir sututar olaraq mühüm əhəmiyyətə malikdir. Bu da həmin kompleks yanaşmada nəzərə alınmalıdır”.

Musavat.com-a gölləri bu durumdan çıxarmağın yolları barədə danışan ekoloqlardan biri deyib ki, bu göllərdən turizm, xüsusən balıqçılıq turizmi məqsədilə istifadə edilməsi üçün iş adamlarına müraciətlər edilməsi və onlara bu şəraitin dövlət tərəfindən yaradılması effektiv ola bilər: “Avropa coğrafiyasında bu cür kiçik göllərin ətrafını yaşıllaşdırır, balıq və digər su canlıları buraxaraq canlandırır, çirkab sulardan təmizləyir və beləliklə sağlamlaşdırırlar. Hazırda belə şəraiti "Binəqədi" və “Xocasən” göllərində etmək daha asandır".

Mövzu ilə bağlı “Yeni Müsavat” Turizm Agentliyinin mövqeyini öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, qeyd olunan göllərin turizm fəaliyyətinə daxil edilməsi onların səlahiyyətində deyil: “Bu məsələ Dövlət Turizm Agentliyinin fəaliyyəti istiqamətinə daxil deyil. Bununla bağlı yalnız ekologiya ilə bağlı müvafiq qurumlar məsələyə münasibət bildirə bilər”.

Ekoloq Məhərrəm Mehtiyev isə əməkdaşımıza açıqlamasında bildirdi ki, Abşeron rayonundakı göllərin çirkabdan təmizlənməsi, eləcə də turizm sahəsinə daxil edilməsi heç də çətin deyil, mümkündür: “Təəssüf ki, bizdə idarəetmə, aidiyyəti strukturlar lazım olan dərəcədə tədbir görə bilmir və görmürlər də.

Məlum olduğu kimi, həmin göllərin ətrafında  qanunsuz tikintilər həyata keçirilir. Yaxınlıqda kanalizasiya xətləri olmadığı üçün orada yaşayan əhali hara gəldi, bacardıqları yerə çirkab suları axıdırlar. Bununla da bağlı göllərimiz çirklənir.

Bununla belə, bu cür göllərlə bağlı bəzi işlər görülüb. Məsələn, Böyükşor gölü ilə bağlı. Xatırladım ki, ölkədə Avropa Oyunları keçirilən  zaman bu məsələ ilə bağlı tədbirlər görülürdü, deyərdim ki, çox güclü bir strategiya qurulmuşdu. Lakin ola bilsin ki, sonradan pandemiyanın araya girməsi, daha sonra isə 44 günlük müharibədən sonra diqqətin daha çox işğaldan azad olunan ərazilərdə bərpa işlərinə yönəlməsi bu məsələni bir qədər diqqətdən kənar qoyub. Güman edirəm ki, Abşeron yarımadasındakı göllərin çirklənməsi ilə bağlı keçirilən tədbirdən sonra bütün aidiyyəti strukturlar birgə birləşib, əl-ələ verərək, təmizləmə işlərinə diqqət yetirəcəklər və problem tədricən aradan qaldırılacaq.

Göllərin, çayların çirkab sularından təmizlənməsi ilə bağlı dünya təcrübəsi var. Məsələn, Avropadakı Dunay çayı belə vaxtilə çox çirklənmişdi. Həmin çaya sərhəd ölkələr və yaxud çayın keçdiyi  ölkələr bir araya gələrək, çayı təmizlədilər. Demək ki, bunu etmək mümkündür. Abşeron yarımadasına olan göllər böyük deyil, balaca göllərdir. Ola bilər ki, Göygöl kimi böyük gölü təmizləmək müəyyən vaxt, böyük sərmayə tələb etsin, amma adları qeyd olunan həmin kiçik göllərin təmizlənməsinə heç də böyük sərmayəyə ehtiyac yoxdur. 

Hesab edirəm ki, hökumət, aidiyyəti qurumlar birgə işləsələr, bu göllərin hamısını yüksək səviyyədə təmizləmək mümkündür və bununla nəinki Bakı şəhərini, bütün Azərbaycanı turizm məkanına çevirə bilərik. Hər şey insanın əlindədir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR