İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ vətəndaş müharibəsi astanasındadır"

728 15.07.2024 00:23 Dünya A A

Birləşmiş Ştatlar sözün əsl mənasında vətəndaş müharibəsi astanasındadır.

Musavat.com report-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini şərh edərkən deyib.

"Uzun illər davam edən siyasəti ilə Birləşmiş Ştatlar vətəndaş müharibəsi astanasına daxil olub. Bunu sosioloji sorğular da təsdiqləyir - respondentlərin 37 %-i hesab edir ki, Bayden yenidən prezident seçilərsə, vətəndaş müharibəsi baş verəcək", - Volodin qeyd edib.

Dövlət Dumasının sədri, həmçinin Trampa sui-qəsd cəhdinə nəyin səbəb ola biləcəyini izah edən üç versiya irəli sürüb.

Birinci versiya kimi Volodin Amerika siyasi sisteminin böhranına işarə edib. Onun sözlərinə görə, ABŞ uzun müddətdir və sistemli şəkildə ölkədə siyasi və iqtisadi vəziyyətin pisləşməsi üçün ilkin şərtlər yaradıb.

Volodin başqa bir versiya kimi cəmiyyət daxilində ciddi parçalanmanı hesab edir. Onun fikrincə, uzun illərdir ki, Ağ Ev amerikalıları irqi, dini və siyasi inanclara görə bir-birinə qarşı qoyub.

Üçüncü ehtimal isə ABŞ-nin suveren dövlətlərin işlərinə müdaxiləsi üzərində cəmləşir.

Dövlət Dumasının sədri vurğulayıb ki, ABŞ və Avropadakı siyasi opponentlər parçalanmış cəmiyyətdən öz maraqları üçün istifadə edirlər: "Bu, qəbuledilməzdir, Vaşinqton və Brüsselin daxili və xarici siyasətində köklü dəyişikliklərə ehtiyac var, əks halda Qərb böyük problemlərlə üzləşəcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR